"Günlərin bir günü gördüm ki, müğənni Rəqsanə xanım məndən inciyib. Çünki mən onun çətin günlərində, həbsdə olduğu günlərdə onunla maraqlanmamışam, axtarmamışam".
Manset.az xəbər verir ki, bu sözləri Əməkdar jurnalist, "Səni axtarıram" proqramının layihə rəhbəri və aparıcısı Xoşqədəm Hidayətqızı bildirib. O, Rəqsanənin bu sözlərinə belə cavab verib:
"Mən dağ boyda anamı, daha sonra atamı itirdim. Lakin Rəqsanə iki yasın heç birinə gəlmədi. Mənim ata-anamın yasına gəlməyənlər məndən necə kömək uma bilərlər?! Buna baxmayaraq, mən kömək əlimi uzatdım, yaxınlarına da zəng vurdum", - deyə Xoşqədəm Hidayətqızı qeyd edib.