Şair-dramaturq Qərib Mehdi vəfat etdi

21:54 - 20 Yanvar 2026

Şair-dramaturq Qərib Mehdi vəfat etdi

Görkəmli nasir, şair, publisist, dramaturq, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1968), Azərbaycan Jurnalistlər Birliyinin üzvü Qərib Mehdi 90 yaşında vəfat edib.


Manset.az xəbər verir ki, bu barədə şairin qələm dostları sosial şəbəkədə bildirib.

Qeyd edək ki, bir gün əvvəl şair səhhətində yaranan problemlərlə əlaqədar xəstəxanaya yerləşdirilmişdi.

Qərib Mehdiyev (Mehdi) 1936-cı il Qəbələ rayonunun Mirzəbəyli kəndində anadan olub. Kiçik yaşlarında ailəliklə Gəncə şəhərinə köçüblər. Yaradıcılığa 1958-ci ildən "Ədəbiyyat və incəsənət" qəzetində dərc etdirdiyi "İşığın qəzəbi" satirik hekayəsi ilə başlayıb. İlk hekayələrini Qərib, Qərib Mehdi təxəllüsləri ilə çapa verib. Ədibin 1989-cu ildə "Oxşarlar" pyesi Gəncə Dövlət Dram Teatrında tamaşaya qoyulub. Mehdiyevin əsərləri xarici ölkə xalqların dillərində nəşr olunub. O, 1979-cu ildən Gəncə şəhəri Alimlər Evi nəzdində olan "İlham" ədəbi birliyinə rəhbərlik edirdi.

2009-cu ildə Əməkdar jurnalist fəxri adına layiq görülüb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az