Mətanət İsgəndərli təzə gəlinini ilk dəfə göstərdi - VİDEO

11:51 - 25 Yanvar 2026

Mətanət İsgəndərli təzə gəlinini ilk dəfə göstərdi - VİDEO

Əməkdar artist Mətanət İsgəndərli səhnə aldığı məkanda gəlininin ad gününü qeyd edib.


Manset.az-ın əldə etdiyi məlumata görə, özəl məkanların birində səhnəyə çıxan Mətanət İsgəndərli oğlu Kərimin həyat yoldaşını səhnəyə dəvət edib, onu ad günü münasibətilə təbrik edib. Gəlininə gül dəstəsi hədiyyə edən müğənni, həyatlarında olduğu üçün ona təşəkkürünü bildirib:

“Ayseldən həmişə bir şey istəmişəm – oğlumu çox xoşbəxt eləsin. O da söz verib ki, baş üstə.”

Daha sonra səhnəyə müğənninin oğlu Kərim də çıxaraq həyat yoldaşı Ayseli təbrik edib.

Qeyd edək ki, M.İsgəndərli bundan əvvəlki ilk gəlini ilə bir sıra qalmaqallar yaşayıb. Oğlu Kərim gəlini Cananadan ayrılıb. Sənətçinin gəlini övladlarına laqeydsiz münasibətilə medianın yaddaşında qalıb.

Sözügedən görüntüləri təqdim edirik:




Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az