Əməkdar jurnalist Xoşqədəm Hidayətqızı instaqram hesabında təsirli paylaşım edib.
Manset.az xəbər verir ki, o, mərhum anasının doğum günü münasibətilə uşaqları ilə nənələrinin yer aldığı videonu paylaşıb.
Xoşqədəm Hidayətqızı paylaşımına “Doğum günün mübarək, gözəl anam. Məkanın cənnət olsun. Sənsiz çox çətindir” sözlərini yazaraq izləyicilərini kövrəldib.
Qeyd edək ki, Xoşqədəm Hidayətqızının anası Ofeliya Baxşəliyeva 2025-ci ilin aprel ayında vəfat edib.