Manset.az məsələ ilə bağlı aparıcı Tarix Əliyevlə əlaqə saxlayıb. O, açıqlamasında bu barədə yayılan məlumatın yanlış olduğunu bildirib:
"Hazırda mənim verilişimin anonsları gedir. Mən sabah efirə çıxacağam".
***
00:21
Aparıcılar Tarix Əliyevlə Elgiz Əkbərin verilişinin yayımı dayandırılıb.
Manset.az Bizim.Media-ya istinadən xəbər verir ki, son günlər sosial şəbəkələrdə aparılan müzakirələr və qalmaqallardan sonra bu qərar verilib.
Elgizin həftəiçi hər gün ARB-də yayımlanan “Elgizlə izlə”, Tolikin isə “Space” TV-də ekrana gələn “Tarixin bir günü” proqramı bağlanıb.
Məsələ ilə bağlı aparıcıların özləri ilə əlaqə saxlamağa çalışsaq da, onlar zənglərimizə cavab verməyib.
Qarşı tərəfin fikirlərini dərc etməyə hazırıq.