“Dövlət sifarişi ilə istehsal ediləcək film layihələri” müsabiqəsinin pitçinqi yekunlaşdı

17:55 - 16 Mart 2026

“Dövlət sifarişi ilə istehsal ediləcək film layihələri” müsabiqəsinin pitçinqi yekunlaşdı

Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Respublikasının Kino Agentliyi tərəfindən keçirilən “Dövlət sifarişi ilə istehsal ediləcək film layihələri” müsabiqəsinin pitçinq mərhələsinin nəticələri məlum olub.


Azərbaycan kinematoqrafiyasının inkişafına yönəlmiş müsabiqə çərçivəsində təqdim olunan layihələr mərhələli qiymətləndirmədən keçərək pitçinq mərhələsinə təqdim edilmişdir.

Pitçinq mərhələsinin nəticələrinə əsasən aşağıdakı film layihələri 2026-ci il üzrə dövlət sifarişi ilə istehsal üçün seçilmişdir:

* Türkmənçay — “Şahdağ Film” MMC, rejissor Elxan Cəfərov

* Rəqqa — “Rakurs Film-Media” MMC, rejissor İsmayıl Səfərəli

* Mən, Lalə, bir də o — İctimai Televiziya və Radio Yayımları Şirkəti, rejissor Rüfət Şahbazov

Seçilmiş layihələr Azərbaycan kino sənayesinin inkişafına yönəlmiş yaradıcı yanaşmaları, aktual mövzuları və müxtəlif bədii həll yollarını özündə əks etdirir.

“Dövlət sifarişi ilə istehsal ediləcək film layihələri” müsabiqəsi milli kino istehsalının sistemli şəkildə dəstəklənməsi, yaradıcı mühitin stimullaşdırılması və keyfiyyətli film layihələrinin həyata keçirilməsinə şərait yaradılması məqsədini daşıyır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az