Azərbaycanda daha bir məşhur veriliş bağlandı - FOTO

21:32 - 27 Aprel 2026

Azərbaycanda daha bir məşhur veriliş bağlandı - FOTO

"Space TV"də daha bir verilişin yayımı dayandırılıb. 


Manset.az Azxeber.com-a istinadən xəbər verir ki, telekanalda daha iki veriliş bağlanıb.

Bu haqda jurnalist Arifə Əliyeva paylaşım edib.

Məlumata görə, "Ağakərimlə Mətbəx” və "Sevilən Səhər" verilişləri bu gündən etibarən fəaliyyətini dayandırıb.

"Sevilən səhər" verilişinin aparıcısı Könül Muxtarova faktı təsdiqləyib. 

O bildirib ki, məsələ ilə bağlı onlara əvvəlcədən məlumat verilib: 

"Hazırda verilişin təkrar buraxılışları efirə gedir. Ötən şənbə günü bununla bağlı bizə məlumat verilmişdi”, - deyə aparıcı qeyd edib.

Qeyd edək ki, bundan öncə "Banu" verilişinin də çəkilişləri dayandırılmışdı.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az