Kinematoqrafçılar İttifaqının yeni sədri kim olacaq?

09:58 - 11 May 2026

Kinematoqrafçılar İttifaqının yeni sədri kim olacaq?

Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri postuna namizədlər məlum olub.


Manset.az APA-ya istinadən xəbər verir ki, sədr postuna iki namizəd var - Xalq artisti Şəfiqə Məmmədova və rejissor Əli İsa Cabbarov.

Kinematoqrafçılar İttifaqından məsələ ilə bağlı bildirilib ki, sədrliyə namizədlər konfransa yaxın vaxtda mətbuata açıqlanacaq.

Qeyd edək ki, Azərbaycan Kinematoqrafçılar İttifaqının qurultayı mayın 26-da keçiriləcək.

Xatırladaq ki, Şəfiqə Məmmədova hazırda ittifaq sədrinin səlahiyyətlərini icra edir, Əli İsa Cabbarov isə qurumun katibidir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az