Babək Niftəliyevə vəzifə verildi

21:16 - 25 May 2026

Babək Niftəliyevə vəzifə verildi

Əməkdar artist Babək Niftəliyev Bülbül adına orta ixtisas musiqi məktəbində yeni vəzifəyə təyin edilib.


Manset.az Bakıvaxtı.az-a istinadla xəbər verir ki, Niftəliyev xalq çalğı alətləri şöbəsinin müdiri vəzifəsinə gətirilib. 

Təyinatla bağlı müvafiq əmrə məktəbin rəhbəri Teymur Göyçayev imza atıb.

Qeyd edək ki, Babək Niftəliyev 1985-ci ildə Kəlbəcərdə anadan olub. Asəf Zeynallı adına Musiqi Texnikumunda təhsil alıb.

Bildirək ki, B.Niftəliyev həmçinin Azərbaycan Milli Konservatoriyasında çalışır. Sumqayıt Musiqi Kollecində, o cümlədən, A.Zeynallı adına Orta İxtisas Musiqi Məktəbində müəllim olaraq  çalışıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az