Adil Kərimli Gəncə teatrının öz həmkarlarını xilas edən əməkdaşları ilə görüşdü - FOTO

22:35 - 26 May 2026

Adil Kərimli Gəncə teatrının öz həmkarlarını xilas edən əməkdaşları ilə görüşdü - FOTO

Mayın 26-da Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli güclü leysan yağışları nəticəsində Gəncə Dövlət Milli Dram Teatrının zirzəmisini su basarkən həmkarlarını xilas edən əməkdaşları ilə görüşüb. 


Manset.az xəbər verir ki, görüşdə Fuad Məmmədov, Murad Meyfaliyev, Asif Dadaşov, Fariz Zeynalov və teatrın direktoru Ədalət Hacıyev iştirak ediblər.

Nazir öz vəzifə borcunu layiqincə yerinə yetirən, həmçinin həmkarlarını təhlükəli vəziyyətdən xilas edən işçilərə təşəkkürünü bildirib.

Nazirə məlumat verilib ki, hazırda mədəniyyət ocağı öz fəaliyyətini ənənəvi qaydada davam etdirir.

Teatrın əməkdaşları göstərilən diqqətə görə nazirə minnətdarlıq ediblər.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az