Aşqabad Azərbaycan mədəniyyətini qarşılayır!  - FOTOLAR

09:45 - 05 İyun 2026

Aşqabad Azərbaycan mədəniyyətini qarşılayır!  - FOTOLAR

Mədəniyyət naziri Adil Kərimlinin rəhbərlik etdiyi geniş nümayəndə heyəti artıq Türkmənistanın paytaxtı Aşqabad şəhərinə çatıb.


Manset.az xəbər verir ki, Azərbaycan Mədəniyyəti Günlərində iştirak edəcək mədəniyyət və incəsənət xadimləri, yaradıcı kollektivlər və sənət adamları Aşqabad Beynəlxalq Hava Limanında səmimi və qonaqpərvərliklə qarşılanıblar.

Hazırda konsert proqramları, sərgilər və digər tədbirlərlə bağlı son hazırlıq işləri aparılır. Qarşıdakı günlərdə Azərbaycan musiqisi, milli rəqsləri, xalçaçılıq, kəlağayı və digər sənət nümunələri qardaş Türkmənistan ictimaiyyətinə təqdim olunacaq.

Azərbaycan və Türkmənistan arasında dostluq və qardaşlıq münasibətlərinin daha da möhkəmlənməsinə xidmət edən Mədəniyyət Günlərinin zəngin və yaddaqalan proqramla yadda qalacağı gözlənilir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az