logo
logo logo
logo

Adil Kərimli UNESCO İcraiyyə Şurasının sədri ilə görüşdü - FOTO

16:33 - 17 İyun 2026

Adil Kərimli UNESCO İcraiyyə Şurasının sədri ilə görüşdü - FOTO

İyunun 16-da Paris şəhərində Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli UNESCO İcraiyyə Şurasının sədri, Qətərin UNESCO yanında daimi nümayəndəsi doktor Nasser bin Həməd Al Hinzab ilə görüşüb.


Manset.az xəbər verir ki, görüşdə UNESCO çərçivəsində çoxtərəfli əməkdaşlıq, mədəni irsin qorunması, mədəniyyətlərarası dialoq və beynəlxalq humanitar təşəbbüslərlə bağlı məsələlər müzakirə olunub.

Nazir Adil Kərimli Azərbaycanın UNESCO ilə əməkdaşlığa verdiyi önəmi vurğulayaraq ölkəmizin təşkilatın fəaliyyətinə verdiyi töhfələrdən bəhs edib.

Tərəflər UNESCO platformasında qarşılıqlı maraq doğuran təşəbbüslər, üzv dövlətlər arasında əməkdaşlığın gücləndirilməsi və mədəniyyətin beynəlxalq əməkdaşlığın inkişafındakı rolu barədə fikir mübadiləsi aparıblar.

Görüşdə gələcək əməkdaşlıq perspektivləri ətrafında da müzakirələr aparılıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az