logo
logo logo
logo

“Doğa” serialdan qonorara görə ayrılıbmış? - AÇIQLAMA

19:10 - 28 İyun 2026

“Doğa” serialdan qonorara görə ayrılıbmış? - AÇIQLAMA

Türkiyəli aktrisa Sıla Türkoğlu prodüser Faruk Turqutun onun Kızılcık Şerbeti serialından ayrılması ilə bağlı səsləndirdiyi fikirlərə münasibət bildirib.


Manset.az xəbər verir ki, aktrisanın meneceri tərəfindən yayılan açıqlamada Faruk Turqutun iddialarının əsassız olduğu qeyd edilib.

Bildirilib ki, Sıla Türkoğlunun serialdan ayrılması maddi səbəblərlə bağlı olmayıb.

“Aktrisanın “Kızılcık Şerbeti” layihəsindən ayrılması, iddia edildiyi kimi, heç vaxt maddi məsələlərlə əlaqəli olmayıb. Bu, onun tamamilə peşəkar prinsipləri və rahat iş mühiti ilə bağlı şəxsi seçimi olub”, – açıqlamada vurğulanıb.

Həmçinin vurğulanıb ki, həmin dövrdə tərəflər qarşılıqlı hörmət və təşəkkür şəraitində əməkdaşlığa son qoyublar.

Açıqlamada qeyd olunub ki, Sıla Türkoğlu üçün sonrakı layihəsinin cəmi altı bölüm davam etməsinə baxmayaraq, rahat və sağlam iş mühitində çalışmaq hər şeydən daha vacib olub.

Qeyd edək ki, müzakirələr Faruk Turqutun İzzet Çapaya verdiyi müsahibədə Sıla Türkoğlunun serialdan aldığı qonorarı az hesab etdiyi üçün ayrıldığını iddia etməsindən sonra başlayıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az