logo
logo logo
logo

"Azərbaycan Birinci Türkoloji Qurultayın irsinə həmişə ehtiramla yanaşıb"

12:02 - 29 İyun 2026

\"Azərbaycan Birinci Türkoloji Qurultayın irsinə həmişə ehtiramla yanaşıb\"

"Azərbaycan dövləti Birinci Türkoloji Qurultayın irsinə həmişə ehtiramla yanaşıb".


Manset.az xəbər verir ki, bunu mədəniyyət naziri Adil Kərimli Birinci Türkoloji Qurultayın 100 illik yubileyinə həsr olunmuş "Türk Dünyası Həftəsi"nin açılış mərasimində deyib.

Nazirin sözlərinə görə, bugünkü forum da Azərbaycanın bu dəyərlərə sadiqliyinin nümayişdir:

"İnanırıq ki, bu forum yeni ideyalara yol açacaq və türk xalqları arasında əməkdaşlıqların formalaşmasına töhfə verəcək. 1926-cı ildə Bakıda bir masa ətrafında toplaşan görkəmli ziyalılar və alimlər gələcəyə böyük ümidlə baxırdılar. Yəqin ki, onlar da düşünürdülər: görəsən, yüz il sonra bu ideyalar yaşayacaqmı? Bu gün onlara cavabımız aydındır: bu ideya sadəcə yaşamadı, böyüdü, möhkəmləndi və ilk dəfədir ki, bu qədər geniş coğrafiyanı, bu qədər fərqli səsi ortaq mənəvi dəyərlər ətrafında birləşdirdi".

A.Kərimli Türk Dünyası Həftəsi çərçicəsində Bakı ilə yanaşı Şuşa, Xankəndi və Ağdamda da tədbirlərin keçiriləcəyini vurğulayıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az