logo
logo logo
logo

Türkoloji Qurultayın konqres iştirakçıları Fəxri xiyabanı ziyarət etdilər - FOTOLAR

15:58 - 29 İyun 2026

Türkoloji Qurultayın konqres iştirakçıları Fəxri xiyabanı ziyarət etdilər - FOTOLAR

Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş beynəlxalq konqresin iştirakçıları Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət ediblər.


Manset.az xəbər verir ki, Bakıda təşkil olunan "Türk Dünyası Həftəsi" çərçivəsində keçirilən beynəlxalq konqresin iştirakçıları Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət ediblər.

Ulu Öndərin məzarı önünə gül dəstələri düzülüb, əziz xatirəsi ehtiramla yad olunub. Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da məzarı ziyarət olunub.  

Ziyarətdə Azərbaycanın və türk respublikalarının mədəniyyət nazirləri, Türk dünyasının aparıcı beynəlxalq təşkilatları – Türk Dövlətləri Təşkilatı, TÜRKSOY, Beynəlxalq Türk Akademiyası, Türk Mədəniyyəti və İrsi Fondu, TÜRKPA, Yunus Əmrə İnstitutu və digər qurumların rəhbərləri, həmçinin müxtəlif ölkələrdən tanınmış türkoloq-alimlər və ekspertlər iştirak ediblər.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az