logo
logo logo
logo

Əli bəy Hüseynzadənin irsi elmi seminarda müzakirə olundu

13:54 - 04 İyul 2026

Əli bəy Hüseynzadənin irsi elmi seminarda müzakirə olundu

İyulun 3-də Azərbaycan Milli İncəsənət Muzeyində Prezident İlham Əliyevin “Birinci Türkoloji Qurultayın 100 illiyinin qeyd edilməsi haqqında” Sərəncamına uyğun olaraq, qurultayın yubileyinə və həmin tarixi tədbirin rəyasət heyətinin fəxri üzvü, böyük türkçü, mütəfəkkir, şair, publisist, rəssam, həkim Əli bəy Hüseynzadənin həyat və yaradıcılığına həsr olunub.


Seminarda Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Əməkdar mədəniyyət işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Şirin Məlikova, “Ədəbiyyat qəzeti”nin baş redaktoru filologiya üzrə fəlsəfə doktoru Azər Turan, tarix üzrə fəlsəfə doktoru Firdovsiyyə Əhmədova, sənətşünaslıq üzrə fəlsəfə doktoru Məsməxanım Qubadova, Əməkdar rəssam, Türkiyənin Yedditəpə Universitetinin professoru Teymur Rzayev, tarix üzrə fəlsəfə doktoru və kolleksiyaçı Dilqəm Əhməd məruzələrlə çıxış ediblər.

Natiqlər 1926-cı ildə Bakıda keçirilmiş Birinci Türkoloji Qurultayın türk xalqlarının ortaq əlifba, terminologiya və mədəni inteqrasiya məsələlərinin müzakirə olunduğu mühüm tarixi hadisə kimi qiymətləndiriblər.

Eyni zamanda Əli bəy Hüseynzadənin türk xalqlarının milli mənlik şüurunun inkişafında mühüm xidmətlərindən söz açılıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az