Tanınmış müğənni Rəqsanə İsmayılovanın “Dəmir Yumruq” adlı silsilə konsert proqramı bu dəfə Quba şəhərində keçirilib.
Manset.az xəbər verir ki, Quba şəhərinin Nizami adına Mədəniyyət və İstirahət parkında təşkil olunan açıq hava konserti minlərlə tamaşaçının iştirakı ilə yadda qalıb.
Tədbirdə Quba Rayon İcra Hakimiyyətinin rəhbərliyi, rayon ictimaiyyətinin nümayəndələri, rayon sakinləri və şəhərin qonaqları iştirak ediblər.
Sevilən ifaçı ən populyar mahnılarını səsləndirib. Konsertə giriş sərbəst olub.
Qeyd edək ki, “Dəmir Yumruq” konsert layihəsi bundan əvvəl Sumqayıt və Naxçıvan şəhərlərində də təşkil olunub. Layihənin növbəti ünvanı isə Mingəçevir olacaq.