logo
logo logo
logo

Yusif Səmədoğlunun 90 illiyinə həsr olunan tədbir keçirildi - FOTOLAR

21:00 - 14 İyul 2026

Yusif Səmədoğlunun 90 illiyinə həsr olunan tədbir keçirildi - FOTOLAR

Azərbaycan Dövlət Akademik Musiqili Teatrında Mədəniyyət nazirliyinin təşkilatçılığı ilə Xalq yazıçısı Yusif Səmədoğlunun anadan olmasının 90 illiyinə həsr olunmuş yubiley tamaşası baş tutub.


Manset.az xəbər verir ki, yubiley tədbiri çərçivəsində yazıçının müəllifi olduğu bir sıra hekayələri əsasında hazırlanmış tamaşa nümayiş etdirilib. Kompozisiyada xalq sənətçiləri müxtəlif ifalarla çıxış ediblər.

Tədbir Azərbaycan Yazıçılar Birliyinin sədri Anarın açılış nitqi ilə başlayıb. O, çıxışında Xalq yazıçısı Yusif Səmədoğlunun Azərbaycan ədəbiyyatına verdiyi töhfələrdən, zəngin yaradıcılıq irsindən və əsərlərinin bu gün də aktuallığını qoruyub saxlamasından bəhs edib.

Yubiley gecəsində Yusif Səmədoğlunun xatirəsi ehtiramla yad olunub, onun yaradıcılığının Azərbaycan ədəbiyyatı və mədəniyyətində xüsusi yer tutduğu vurğulanıb.

Tədbirdə mədəniyyət nazirinin müavini Fərid Cəfərov, Xalq yazıçısı Anar, digər mədəniyyət nümayəndələri, tanınmış ictimai xadimlər və sənət adamları iştirak ediblər. Yubiley tamaşası iştirakçılar tərəfindən maraqla qarşılanıb.


Fidan Vəlisoy 

Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az