Azərbaycan Dövlət Akademik Musiqili Teatrının bir qrup yaradıcı heyəti Mədəniyyət Nazirliyi və Heydər Əliyev Fondunun birgə təşkilatçılığı ilə 16–18 iyul tarixlərində Şuşada keçirilən Vaqif Poeziya Günlərində iştirak edib.
Manset.az xəbər verir ki, yaradıcı heyət görkəmli dramaturq Əbdürrəhim bəy Haqverdiyevin “Mütrüb dəftəri”, “Diş ağrısı”, “Qiraət”, “Bomba” hekayələri və “Yeyərsən qaz ətini, görərsən ləzzətini” əsərlərinin motivləri əsasında hazırlanan “Sözün gülüşü – Şuşa hekayələri” adlı interaktiv meydan tamaşası ilə səhnəyə çıxıb.
Quruluşçu rejissoru Əməkdar artist Loğman Kərimov, musiqi rəhbəri Məhəmməd Məmmədov olan tamaşada Əməkdar artistlər Əzizağa Əzizov və İqrar Salamov, aktyorlar Gülcahan Salamova, Hüseyn Əlili, Əliməmməd Novruzov, Rauf Babayev, Yuliya Heydərova, Türkel Tariqpeyma, Ruslan Mürsəlov, Elməddin Dadaşov və Fərid Rzayev, Nigar Rüstəmova çıxış ediblər.
Səhnə işi poeziya bayramının proqramına rəng qataraq həm yerli, həm də xarici qonaqların marağına səbəb olub, sürəkli alqışlarla qarşılanıb.