logo
logo logo
logo

Elza Seyidcahan Rəşid həkimi 500 manat cərimələtdirdi 

12:03 - 07 Oktyabr 2026

Elza Seyidcahan Rəşid həkimi 500 manat cərimələtdirdi 

Əməkdar artist, bəstəkar Elza Seyidcahanın (Qasımova) dosent Rəşid Mahmudova qarşı iddiası üzrə məhkəmə prosesi keçirilib.


Manset.az APA-ya istinadən xəbər verir ki, mülki iddiaya Yasamal rayon Məhkəməsində hakim Fuad Hüseynovun sədrliyi ilə baxılıb.

Prosesdə Elza Seyidcahanın vəkili Elşən Behbudov mülki iddianın təmin olunmasını məhkəmədən xahiş edib.

Məhkəmə iddianın qismən təmin edilməsi barədə qərar qəbul edib.

Qərara əsasən, Rəşid Mahmudov Elza Seyidcahana mənəvi ziyana görə 500 manat məbləğində vəsait ödəməlidir.

Qeyd edək ki, Elza Seyidcahan Rəşid Mahmudovun efirdə onun barəsində təhqiramiz ifadə işlətdiyini iddia edərək məhkəməyə müraciət edib. O, Rəşid Mahmudovun mənəvi zərərə görə ona 10 min manat ödəməsini istəyib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az