“Xəstəxanada deyiləm”.
Manşet.az xəbər verir ki, bu sözləri Kulis.az-a Xalq artisti Afaq Bəşirqızı xəstəxanaya yerləşdirilməsi ilə bağlı yayılan söz-söhbətə münasibət bildirərkən söyləyib.
O daha sonra əlavə edib:
“Ürəyimlə bağlı səhhətimdə problem yaranıb. Evdə müalicə alıram. Ümid edirəm ki, yaxşı olacam!”
Qeyd edək ki, aparıcı Elgiz Əkbər iki gün əvvəl öz proqramında Xalq artistinin xəstəxanada olduğunu demişdi.