Həyatda ən yaxınım anam-atama demədiyimi Vahidəyə deyirdim- Fəxrəddin Manafov

20:00 - 16 Avqust 2021

Həyatda ən yaxınım anam-atama demədiyimi Vahidəyə deyirdim- Fəxrəddin Manafov

"Mənim ən yaxınım böyük ağrı ilə deyirəm ki, dünyasını dəyişdi".

Manşet.az Axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Xalq artisti Fəxrəddin Manafov "Asan Radio"nun qonağı olarkən deyib. Aktyor aparıcı Emin Musəvinin "Kimlə yaxın, dostluq münasibətiniz var" sualına belə cavab verib:

"O, mənim yoldaşım Vahidə idi. Bu gün səhərlər gözümü açanda da, gecə yuxuda da, axşam yatmazdan öncə də o ağrını keçirirəm. Fikirləşirəm ki, qəribə bir ömür başladı məndə. Həyatda ən yaxınım anam-atama demədiyimi Vahidəyə deyirdim. Amma indi deyəcəyim bir kəsim yoxdur".

Qeyd edək ki, Vahidə Sadıqova bu ilin martında vəfat edib.    


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv