Dünyaca məşhur yunan top model və teleaparıcı Afroditi Barba Afina yaxınlığındakı Qlifada şəhərində polis tərəfindən saxlanılıb.
Manşet.az haberglobala istinadən xəbər verir ki, 31 yaşlı modelin lüks avtomobilindən satış üçün nəzərdə tutulmuş narkotik maddə tapılıb.
Hər biri 1 qram olmaqla, toplam 35 qramlıq kokain sürücü kreslosunun altında gizlədilib.
Hazırda yerli hüquq-mühafizə orqanları həbs olunan məşhurun işilə bağlı istintaq aparır.
Qeyd edək ki, Barba 2011-ci ildə “Miss Playboy”, daha sonra isə “Next Top Model” mükafatlarını qazanıb.