“Masumlar apartmanı” serialında rol alan türkiyəli aktrisa Ezgi Mola imicində dəyişiklik edib.
Manşet.az axşam.az-a istinadən xəbər verir ki, aktrisa qara saçlarını narıncı rəngə boyadıb.
Yeni görüntüsünü İnstaqram hesabında paylaşan Mola “narıncını sevirəm, o da məni sevib” sözlərini yazıb.
İzləyicilər isə Ezginin yeni imicini tənqid ediblər və onun əvvəlki halına qayıtmasını istəyiblər.