Koronavirusa yoluxduğuna görə "Yeni Klinika” Tibb Mərkəzinin reanimasiya şöbəsinə yerləşdirilən Əməkdar artist Yaqub Zurufçunun son durumu açıqlanıb.
"Yeni Klinika”nın reanimasiya şöbəsinin müdiri Emil Qasımov Manset.az-a bildirib ki, sənətçinin vəziyyəti ağır qiymətləndirilir.
“Qeyri invaziv süni tənəffüs aparatı dəstəyindədir. Vəziyyətinə uyğun intensiv terapiya aparılır. Vəziyyəti ağır stabil olaraq qalır”, - şöbə müdiri bildirib.