Ötən gecə Mərkəzi Gömrük Hospitalının reanimasiya şöbəsinə yerləşdirilən tanınmış müğənni Səyyad Əlizadə ECMO cihazına qoşulub.
Bu barədə Manset.az-a müğənninin ailə üzvləri məlumat verib.
Müayinə nəticəsində S.Əlizadənin ağ ciyərində 70% buzlu şüşə effekti aşkarlanıb.
Xatırladaq ki, ECMO - ekstrakorporal membran oksigenlənmə cihazı olub, ağciyər və ürək yerinə 2-3 həftə funksiya göstərərək, mövcud olan problemin həlli üçün həkimlərə vaxt qazandıran müalicə üsuludur.