Azərbaycanda azad sahibkarlığın genişlənməsi və liberal iqtisadiyyatın güclənməsi ölkənin biznes mühitinə yeni nəfəs gətirib. Sahibkarların sərbəst fəaliyyət imkanlarının artırılması, investisiya üçün əlverişli şəraitin yaradılması və dövlət dəstəyi mexanizmlərinin sadələşdirilməsi iqtisadiyyatın dayanıqlı inkişafına təkan verir. Bu tendensiya həm yeni iş yerlərinin açılmasına, həm də ölkənin beynəlxalq iqtisadi reytinqlərdə mövqeyinin möhkəmlənməsinə səbəb olur.
Mövzu ilə bağlı Manset.az-a danışan Milli Məclisin deputatı Vüqar Bayramov bildirib ki, liberal iqtisadiyyatıb azad sahibkarlığın inkişafı ölkədə günü-gündən inkişaf etməsi Azərbaycan üçün böyük nailiyyətlərdən biridir.
“Azad sahibkarlığın və liberal iqtisadiyyatın inkişafı Azərbaycan üçün prioritetdir, Azərbaycanda həyata keçirilən siyasətin əsas istiqamətlərindən biridir. Sahibkarlarımız üçün bu istiqamətdə güzəştlər var, onların elektron xidmətlərdən istifadə imkanları mövcuddur. Bu baxımdan sahibkarlarımızın qanunvericiliklə müəyyənləşdirilmiş güzəştlərdən daha intensiv və sıx şəkildə istifadə etməsi məqsədəuyğun olar. Bu sənaye parklarında, sənaye məhəllələrində tətbiq edilən güzəştlərlə yanaşı, həm də qanunvericilikdə əks olunan güzəştləri özündə ehtiva edir”.
Deputat qeyd edib ki, vacib məqamlardan biri eyni zamanda sahibkarların elektron xidmətlərdən daha sıx istifadə etməsi və sərmaye portfelini genişləndirməsi ilə bağlıdır.
“Sərmaye portfelinin genişləndirilməsi sahibkarların daha çox gəlir əldə etməsi anlamına gəlir. Bu həm də fərqli sektorlarda və fərqli bölgələrdə sərmaye qoyuluşuna imkan yarada bilər. Həm də bir tərəfdən elektron xidmətlərdən istifadə etməklə xərcləri azaldıb, digər tərəfdən bu xidmətlərdən istifadə etmə sahibkarlar regionlarda daha çox sərmaye qoyuluşuna və Azərbaycanda balanslı iqtisadi inkişafın dəstəklənməsinə imkan yarada bilər. Bu baxımdan azxad və liberal iqtisadiyyatda müəyyənləşdirilmiş güzəştlər və imkanlar sahibkarların öz fəaliyyətlərini genişləndirmək baxımından yeni təşviq alətləridir. Təbii ki, bundan daha tez-tez və faydalı şəkildə istifadə edilməsi məqsədəuyğundur”.
Fidan Vəlisoy
6.3.12. azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi;
Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb