2020-ci ilin sentyabr ayında, Azərbaycanın müstəqilliyinin, ərazi bütövlüyünün və qürurunun qorunması uğrunda verilən mübarizədə, Müzəffər Ali Baş Komandan İlham Əliyevin liderliyi altında, xalqımızın birliyi və ordumuzun şücaəti ilə Böyük Qələbə qazanıldı. 44 gün ərzində Azərbaycan Silahlı Qüvvələri, bütün dünyaya gücünü və iradəsini göstərərək, Qarabağda 30 ilə yaxın müddətdə işğal altında olan torpaqlarımızı azad etdi. Bu tarixi zəfər, həm də Azərbaycan xalqının müstəqilliyinə, ərazi bütövlüyünə və haqq-ədalətə olan sarsılmaz inamını bütün dünyaya bir daha nümayiş etdirdi.
Yüzilliklər ötsə də, unudulmayacaq bu zəfərlə bağlı Milli Məclisin deputatı Göydəniz Qəhrəmanov Manset.az-a açıqlamasında danışıb.
“Bu günlərdə artıq rəşadətli ordumuzun Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Qarabağ torpaqlarını işğaldan azad etməsindən 5 il ötəcək. Ölkə başçısının tapşırığına əsasən ilk gündən bu regionda quruculuq-bərpa işləri başlayıb və sürətlə davam etdirilir. Mənfur düşmən regionu ümumiyyətlə məhv etmişdi. Qarabağ ərazisində demək olar ki, bir dənə belə salamat bina qalmamışdı. İşğal dövrü zamanı bu bölgə talanmışdı. Hazırda burada böyük quruculuq işləri həyata keçirilir. Yollar salınır, infrastruktur qurulur. Çox qısa bir zamanda ölkə başçısının tapşırığına əsasən, 3 beynəlxalq hava limanı inşa olunmuşdur. Böyük və mötəbər açılış olmuşdur".
Deputat bildirib ki, dövlət tərəfindən bir çox mötəbər beynəlxalq tədbirlər məhz Qarabağ ərazisində keçirilir və sözügedən tədbirlər bölgənin dünyaya daha çox tanıdılmasına və qələbəmizin daha geniş formada vüsət almasına kömək olur.
“Dünyanın bir çox ölkələrinin dövlət başçıları Qarabağda keçirilən tədbirlərdə iştirak ediblər. Beynəlxalq konfranslar, təlimlər keçirilir. Bölgənin tanıtım işləri həyata keçirilir, burada quruculuq və bərpa işləri ilə tanış olurlar. Buraya köçürülən əhali üçün də yüksək səviyyədə şərait yaradılır. Evlər tikilir, onların yaşamaşı üçün təmin olunurlar. İnfrastruktur qurulduqdan sonra burada geniş iqtisadi imkanlar mövcuddur. Bu imkanlar daha da genişlənməyə davam edir. Bu da çox yaxşı göstəricidir ki, bizim vətəndaşlarımız öz yurdlarına, evlərinə dönüblər və dönərkən həm işlə təmin olunurlar, onların sosial məsələləri ön sıralardadır. Dövlətimiz buna çox böyük önəm verir”.
Göydəniz Qəhrəmanov Qarabağ bölgəsinin yaxın günlərdə daha da inkişaf edərək ölkəmizin öndəgedən regionuna çevriləcəyini düşünür.
Fidan Vəlisoy
6.3.5. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük “Vətən Müharibəsi”ndə
qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə
cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə
çatdırılması;