44 günlük mübarizənin böyük zəfəri - Azərbaycanın tarix yazdığı qələbə

14:40 - 07 Noyabr 2025

44 günlük mübarizənin böyük zəfəri - Azərbaycanın tarix yazdığı qələbə

44 günlük Vətən müharibəsində Azərbaycanın qazandığı möhtəşəm zəfər, tarixin səhifələrində qızıl hərflərlə yazılacaq bir dönüm nöqtəsi oldu. 2020-ci ilin payızında başlayan bu mübarizədə, Azərbaycan ordusu, qəhrəmanlıq və fədakarlıqla düşmənə qarşı mübarizə apararaq, öz torpaqlarını azad etdi və bütün dünyaya gücünü və iradəsini nümayiş etdirdi. Bu zəfər, yalnız hərbi deyil, eyni zamanda milli birliyi və vətənpərvərliyi də simvolizə etdi. Şanlı qələbəmizin ardında duran zəhmət və qətiyyət, xalqımızın tarix boyu yaşadığı böyük mübarizənin mükafatıdır.

 

Milli Məclisin deputatı Hikmət Babaoğlu Manset.az-a açıqlamasında 44 günlük “Vətən Müharibəsi”ndə qazanılmış tarixi qələbə ilə bağlı danışıb.


“Əldə etdiyimiz tarixi zəfər Azərbaycan xalqı üçün nə qədər mühüm hüquqi, siyasi və mənəvi dəyər kəsb edibsə, bir o qədər də Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi, həm də Azərbaycanın beynəlxalq münasibətlər sistemində yerinin və rolunun artması baxımından əhəmiyyətli idi. Ona görə də biz tarixi zəfərimizin bugün 5 illik yubileyini qeyd edərkən, bunu bütün parametrləri ilə qiymətləndirməyi bacarmalı və gələcək Azərbaycanın xarici siyasətinin əsaslarında da məhz zəfər komponentlərinin mühüm rol oynadığını dərk etməliyik”.

Deputat qeyd edib ki, geostratejik kontekstdə zəfərimiz mövcud olduğumuz, yaşadığımız tarixi, coğrafiyanın söz sahibi olması baxımından Azərbaycanın mövqeyini gücləndirib.

“Coğrafiyamızın böyüməsinə və tarixi, təbii ərazilərimizə nüfuz etmək baxımından mühüm əhəmiyyət kəsb etdi. Amma eyni zamanda Azərbaycan yeni reallığı həm də yeni iqtisadi imkanlara və fürsətlərə çevirməyi bacardı. Elə bu günlərdə müxtəlif istiqamətlər üzrə dəmir kommunikasiyalarının açılması, yükdaşımaların başlanması regionda yeni iqtisadi şərtlər yaratmış oldu ki, bu da çoxsaylı xarici tərəfdaşlarımızla ələqələrimizi möhkəmləndirməsinə gətirib çıxaracaqdır.

Bu coğrafiya isə həddindən artıq böyükdür. Çindən başlayaraq bütün orta Asiya ölkələrini keçməklə, öyə nəsibə kiçik Asiyaya qədər uzanan bir coğrafiyada Azərbaycan öz coğrafi mövqeyini mühüm əhəmiyyətli strateji qovşağa çevirməyi bacardı. Bu da əlbəttə ki, zəfərimizin başqa bir aspektdən qiymətləndirdiyimiz zaman qarşımıza çıxan ən önəmli sosial-iqtisadi və beynəlxalq faktorlardan biri kimi çıxış edir”.

 

Fidan Vəlisoy

6.3.5. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük “Vətən Müharibəsi”ndə

qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə

cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə

çatdırılması;

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb 



Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az