Liberal iqtisadiyyatın inkişafı - Azərbaycanda investisiya cəlbediciliyinin artışı

15:07 - 29 Yanvar 2026

Liberal iqtisadiyyatın inkişafı - Azərbaycanda investisiya cəlbediciliyinin artışı

Son illərdə Azərbaycan iqtisadiyyatında liberal prinsiplərin tətbiqi və bazar iqtisadiyyatı modelinin inkişafı sürətlənib. Dövlətin bazar iqtisadiyyatına inteqrasiyasını gücləndirməsi, xarici investisiyaların cəlb edilməsi və özəl sektorun inkişafına dəstək verilməsi ölkənin iqtisadiyyatda müsbət dəyişikliklərə səbəb olub. Bu inkişaf həmçinin sahibkarlıq mühitinin yaxşılaşmasına, işsizlik səviyyəsinin azaldılmasına və iqtisadiyyatda daha çox rəqabət mühitinin yaranmasına şərait yaratmışdır.

Azərbaycanda bu istiqamətdə başqa hansı addımlar atıla bilər?


İqtisadçı-ekspert Xalid Kərimli Manset.az-a açıqlamasında bildirib ki, liberallıq sahibkarın qanun çərçivəsində bütün qərarları rahat şəkildə qəbul edə bilməsidir.


“Liberal iqtisadiyyatın faydaları rəqabət qabiliyətli müəssisələr, yeni iş yerləri, kapitalın düzgün istifadəsi, iqtisadiyyatın ümumi səmərəliliyinin artması və sairədir. Amma liberal iqtisadiyyata təşviq etmək üçün ilk növbədə, dövlət sektoru kiçilməlidir. Dövlət sektorundakı müəssisələr mümkün qədər özəlləşdirilməyə çıxarılmalıdır. Dövlətin inzibati aparatı kiçilməlidir. Liberal iqtisadiyyat həm də vergilərin aşağı olmasını, gömrük məhdudiyyətlərinin olmamasını tələb edir. Liberallıq odur ki, sahibkar qanun çərçivəsində lazım bildiyi bütün qərarları qəbul etsin. Bu baxımdan məhdudiyyətlər çox olmamalıdır. Dövlət tənzimləmələri və müdaxilələri az olmalıdır”.

Ekspert qeyd edib ki, liberal iqtisadiyyatın inkişafı üçün məhkəmə və qanunvericilik sistemlərinin sürətli işləməsi mütləqdir:

“Rəqabət mühitinin olması da liberal iqtisadiyyatın inkişafına müsbət təsir edən amillərdəndir. Eləcə də hüquq sisteminin daha effektiv fəaliyyəti də liberal iqtisadiyyatın inkişafı üçün prioritetlərdəndir. Kapitalın hərəkətinin sərbəstləşdirilməsi də olduqca vacib məqamlardan biridir”, - deyə Xalid Kərimli açıqlamasında vurğulayıb.

 

Fidan Vəlisoy 

6.3.12. azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi;

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az