Azərbaycanda demoqrafik vəziyyət - Ailə institutu təhlükədədir? 

16:00 - 16 Yanvar 2026

Azərbaycanda demoqrafik vəziyyət - Ailə institutu təhlükədədir? 

Son dövrlərdə Azərbaycanda boşanmaların sayında müşahidə olunan artım cəmiyyətdə ciddi narahatlıq doğurur. Ailə institutunun zəifləməsi ilə müşayiət olunan bu proses təkcə sosial münasibətlərə deyil, eyni zamanda ölkənin demoqrafik vəziyyətinə də birbaşa təsir göstərir. Mütəxəssislər bildirirlər ki, boşanmaların çoxalması doğum səviyyəsinin azalmasına, tək valideynli ailələrin artmasına və gələcəkdə əmək resurslarının azalması riskinə yol aça bilər. Mövcud tendensiya davam edərsə, bu hal uzunmüddətli perspektivdə əhalinin təbii artımına və sosial sabitliyə ciddi təhlükə yarada bilər.

Bəs bunun qarşısını almaq üçün media və dövlət olaraq nə edə bilərik? 


Milli Məclisin deputatı Fazil Mustafa Manset.az-açıqlamasında son illərin ən aktual məsələsinin həlli yollarından danışıb: 


“Boşanmalara yönəlmiş maarifçilik işi çox ciddi şəkildə artırılmalıdır. Mətbuatda da bu istiqamətdə nümunəvi ailə modelləri təbliğ olunmalıdır. Çünki insanlar daha çox bunun üzərində fikir mülahizə yürütməyə və yaxud da öz yanlış düşüncələrinə meyillənə bilərlər. Ona görə də biz nəyisə ifşa, tənqid etmək yerinə nümunəvi ailə modellərini nümayiş etdirmək daha doğrudur. Biz də bu istiqamətdə çalışmalıyıq ki, müəyyən işlər görək”. 

Deputat bildirib ki, ölkədə boşanmaların artması və bu problemin həlli yolları daim diqqət mərkəzində saxlanılmalıdır: 

“Bu proses Azərbaycan üçün demoqrafik təhlükə yaradan bir prosesdir. Çalışmalıyıq ki, bu istiqamətdə bütün boşluqları dolduraq. Ölkənin gələcəyi ilə bağlı bütün narahatedici amilləri aradan qaldıra bilək. Ailə institutu mütləq möhkəm olmalıdır. Bu məsələ daim diqqət mərkəzində olmalıdır. Bununla da bu məsələni ağır sonluqlardan xilas edə bilərik”. 


Fidan Vəlisoy 

6.3.18. gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması;

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb 




Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az