İTV-nin baş direktoru kim olacaq? - Namizədlərin siyahısı 

18:28 - 08 May 2026

İTV-nin baş direktoru kim olacaq? - Namizədlərin siyahısı 

İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru vəzifəsinə seçilmək üçün namizədlərin sənəd qəbulu başa çatıb.


Audiovizual Şuradan Manset.az-a verilən xəbərə görə, İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru vəzifəsinə aşağıda adları sadalanan 11 nəfər iddiaçı sənədlərini Azərbaycan Respublikası Audiovizual Şurasına təqdim edib:

    Əhmədov Ayxan Əbdül Kərim oğlu

    Əzimov Tural Qürbət oğlu

    Məmmədzadə Tural Sahib oğlu

    Qulamov Arzu Aydın oğlu

    Baxşıyeva İlhamə Rafiq qızı

    Məmmədov Fikrət Alı oğlu

    Qasımov Balakişi Ələkbər oğlu

    Şahsuvarov Taleh Novruz oğlu

    Nağıyev Anar Əlişah oğlu

    Əliyeva İlahə Xudu qızı

    Cəfərov Əli Sucəddin oğlu

    Bildirilib ki, “İctimai televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru vəzifəsinə namizədlərin sənədləri Azərbaycan Respublikası Audiovizual Şurası tərəfindən İctimai Televiziya və Radio Yayımları Şirkətinin Yayım Şurasına təqdim olunacaq.

    Qeyd edilib ki, İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru Yayım Şurasının iclasında səsvermə yolu ilə seçilir.

    Qeyd edək ki, İctimai Televiziya və Radio Yayımları Şirkətinə baş direktor seçkisi "İctimai televiziya və radio yayımı haqqında" qanuna əsasən bu ilin may ayının sonunda keçiriləcək.

    Xatırladaq ki, İTV-nin baş direktoru Balakişi Qasımovdur.


    Bizi Facebook-da izləyin
    Yeniliklərdən xəbərdar olun
    Keçid et

    Digər xəbərlər

    Xəbər xətti

    Bütün xəbər xətti
    yenielan.az
    yenielan.az