Azərbaycanda insan hüquq və azadlıqlarının təminatı

15:00 - 13 May 2026

Azərbaycanda insan hüquq və azadlıqlarının təminatı

Azərbaycanda insan hüquqlarının qorunması istiqamətində həyata keçirilən islahatlar ölkədə hüquqi təminat mexanizmlərinin daha da gücləndirilməsinə şərait yaradıb. Son illərdə sosial müdafiə, gender bərabərliyi, əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyası və vətəndaş müraciətlərinə operativ baxılması sahəsində görülən tədbirlər beynəlxalq təşkilatlar tərəfindən də müsbət qiymətləndirilir. Xüsusilə rəqəmsal xidmətlərin genişləndirilməsi və hüquqi yardıma çıxış imkanlarının artırılması insan hüquqlarının praktik müstəvidə daha effektiv təmin olunmasına töhfə verir. 


Manset.az-a Azərbaycanda insan hüquqlarının təmin olunma prosesindən danışan Milli Məclisin deputatı Könül Nurullayeva bildirib ki, bu proses ilk növbədə ölkə Konstitusiyası ilə təmin edilir. Konstitusiyada hər bir vətəndaşın yaşamaq, azadlıq, təhsil, söz və fikir azadlığı, əmək, mülkiyyət və sosial təminat hüquqları təsbit olunub: 


“Dövlət bu hüquqların müdafiəsini hüquqi mexanizmlər vasitəsilə həyata keçirir.

İnsan hüquqlarının qorunmasında məhkəmə sistemi, hüquq-mühafizə orqanları və Ombudsman institutu mühüm rol oynayır. Eyni zamanda ölkəmiz bir sıra beynəlxalq konvensiyalara qoşulub və insan hüquqlarının qorunması ilə bağlı beynəlxalq öhdəliklər daşıyır”. 

Deputatın sözlərinə görə, ölkəmizdə vətəndaşların hüquq və azadlıqlarının təmin olunması istiqamətində bir sıra mühüm addımlar atılır. İlk növbədə sosial rifahın yüksəldilməsi məqsədilə əməkhaqları, pensiyalar və sosial müavinətlər artırılır, şəhid ailələri və qazilərə dövlət qayğısı göstərilir: 

“Təhsil və səhiyyə sahələrində həyata keçirilən islahatlar da insanların sosial hüquqlarının təmin edilməsinə xidmət edir.

Bundan əlavə, hüquqi maarifləndirmə layihələri, gənclər proqramları, qadın və uşaq hüquqlarının müdafiəsi istiqamətində qəbul edilən dövlət proqramları cəmiyyətin hüquqi və siyasi mədəniyyətinin inkişafına şərait yaradır. Medianın inkişafı, rəqəmsal platformaların genişlənməsi və vətəndaş müraciətlərinə operativ baxılması da dövlət-vətəndaş münasibətlərində daha açıq idarəetmə modelinin formalaşmasına kömək edir”. 

K.Nurullayeva hazırda gənclərin sosial və siyasi fəallığını qiymətləndirərək vurğulayıb ki, müasir dövrdə Azərbaycan gəncləri sosial və siyasi həyatda daha fəal iştirak edir:

“Gənclərin müxtəlif könüllü proqramlarda, beynəlxalq tədbirlərdə, sosial layihələrdə və ictimai təşəbbüslərdə iştirakı onların ıctımaı-siyasi fəallağının artdığını göstərir. COP29, WUF13 kimi beynəlxalq tədbirlərdə minlərlə gəncin könüllü kimi fəaliyyəti bunun bariz nümunəsidir.

Eyni zamanda gənclərimiz sosial media və rəqəmsal platformalarda da fəaldırlar, müxtəlif sosial kampaniyalarda iştirak edirlər. Dövlət tərəfindən həyata keçirilən gənclər siyasəti, təqaüd proqramları, startap və innovasiya layihələri də onların potensialının inkişafına şərait yaradır.

Hesab edirəm ki, gənclərin sosial və siyasi fəallığı cəmiyyətin gələcək inkişafı üçün çox vacibdir. Çünki fəal, savadlı və təşəbbüskar gənclər dövlətin və cəmiyyətin inkişafında əsas aparıcı qüvvələrdən biridir. Bunun üçün gənclərin intellektlərinin artırılması, vətənpərvərlik ruhunda yetişdirilməsi və ictimai proseslərdə iştirak imkanlarının daha da genişləndirilməsi mühüm əhəmiyyət daşıyır”, - deyə deputat fikirlərinə əlavə edib. 


Fidan Vəlisoy 

6.3.3. insan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi

mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması;

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb 



Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az