Şəhidin qardaşı dünyaya gəldi - FOTO

16:15 - 13 Fevral 2024

Şəhidin qardaşı dünyaya gəldi - FOTO

Bu gün Şirvan Şəhər Mərkəzi Xəstəxanasının Doğum evində Vətən müharibəsi şəhidi Amal Alışanlının qardaşı dünyaya gəlib.

 

Manset.az qafqazinfo-ya istinadən xəbər verir ki, şəhidin anası Reyhanə Alışanova oğul övladı dünyaya gətirib.

Qeyd edək ki, 2001-ci il təvəllüdlü Amal Alışanlı Vətən müharibəsi zamanı Xüsusi Təyinatlı Qüvvələrin tərkibində Füzuli, Cəbrayıl və Kəlbəcər rayonları istiqamətlərində gedən döyüşlərdə iştirak edib. 8 oktyabr 2020-ci ildə şəhidlik zirvəsinə ucalıb. Yardımlı rayon Qabaqdibi kənd qəbiristanlığında dəfn edilib.

O, ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni, "Vətən uğrunda", "İgidliyə görə", "Şücaətə görə", "Füzulinin azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə" və "Kəlbəcərin azad olunmasına görə" medalları ilə təltif olunub.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az