Kral III Çarlz bununla bağlı Londona QAYITDI

18:23 - 13 Fevral 2024

Kral III Çarlz bununla bağlı Londona QAYITDI

Britaniya kralı III Çarlz xərçəng müalicəsini davam etmək üçün Londona qayıdıb.

 

Manset.az xəbər verir ki, bu barədə “The Telegraph” məlumat yayıb.

Məlumatda bildirilir ki, Britaniya paytaxtına qayıtmazdan əvvəl monarx Norfolkdakı Sandrinqem sarayında olub. Bununla bağlı o, Britaniyanın baş naziri Rişi Sunakla telefonla danışıb.

Qeyd edilib ki, III Çarlz xəstəliyi barədə rəsmi açıqlama verildikdən sonra ilk dəfə ictimaiyyət qarşısında çıxış edib. Monarxın Norfolkdakı Müqəddəs Məryəm Maqdalena kilsəsində ibadət mərasimində iştirak etdiyi bildirilir.

Qeyd edək ki, fevralın 5-də məlum olub ki, III Karlza xərçəng diaqnozu qoyulub. Bukingem Sarayından verilən məlumata görə, xəstəlik 75 yaşlı monarxda prostatın böyüməsi ilə bağlı müalicə prosedurları zamanı aşkarlanıb. 

Jalə

Manşet.az


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az