“Bütün nailiyyətlərin mənbəyi Azərbaycan xalqıdır” - Prezident

17:33 - 14 Fevral 2024

“Bütün nailiyyətlərin mənbəyi Azərbaycan xalqıdır” - Prezident

“Əziz xalqımı bir daha əmin etmək istəyirəm ki, bundan sonra da Azərbaycanın hərtərəfli inkişafı, ərazi bütövlüyümüzün qorunması üçün əlimdən gələni əsirgəməyəcəyəm”.

 

Manset.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev andiçmə mərasimindəki nitqində bildirib.

Dövlət başçısı prezident seçkilərində ona yenidən böyük etimad və dəstək göstərən Azərbaycan xalqına dərin təşəkkürünü ifadə edib.

“2003-cü ildə verdiyim bütün vədlər yerinə yetirildi. Əldə edilmiş bütün nailiyyətlərin mənbəyi Azərbaycan xalqıdır, onun mənə göstərdiyi inam və onun vahid amal ətrafında birləşmə bacarığıdır. Biz doğrudan da bütün dünyaya sübut etmişik ki, böyük xalqıq”, - deyə o əlavə edib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az