Ukrayna prezidenti Vladimir Zelenski Fransa ilə təhlükəsizlik sazişi imzalayacaq.
Manset.az xəbər verir ki, bu barədə Yelisey Prezident Sarayından açıqlama verirlib.
Verilən açıqlamada bildirilir ki, iki lider cəbhədəki vəziyyəti, Ukraynanın hərbi, iqtisadi və humanitar ehtiyaclarını, Fransanın tam dəstəklədiyi ölkənin Avropa Birliyinə qoşulma səyləri ilə bağlı danışıqlar müzakirə edəcəyi gözlənilir.
Müqavilənin əhatə dairəsi ilə bağlı təfərrüatlar paylaşılmayıb. Bununla belə, hərbi texnikanın tədarükü, Ukrayna ordusunun təlimi və ya müdafiə sənayesinin gücləndirilməsi kimi məsələlərin gündəmdə olacağı təxmin edilir.
Euronews Türk-ə istinadən xəbər verir ki, Yelisey, “Bu razılaşma G7 ölkələrinin 2023-cü ilin iyulunda Vilnüsdə keçirilən NATO sammitində götürdükləri öhdəliklərin davamıdır” deyib.
Sammitdə G7 ölkələri Ukraynaya Rusiya təcavüzü ilə mübarizədə kömək etmək və Moskvanın qarşısını almaq üçün ona “uzunmüddətli” hərbi dəstək göstərməyi öhdələrinə götürüb.
Prezident Emmanuel Makron bu ilin əvvəlində bildirib ki, Fransa Ukraynanın bu yaxınlarda Böyük Britaniya ilə imzaladığı 10 illik müqavilə modelinə bənzər ikitərəfli saziş üzrə danışıqlar aparır.
Yanvarın 12-də baş nazir Rişi Sunakın Kiyevə səfəri zamanı Böyük Britaniya Ukrayna ilə təhlükəsizlik sazişi imzalayan ilk ölkə olub.
Ukrayna prezidentinin Fransadan sonra ikinci dayanacağı Almaniya olacaq. Zelenski cümə günü Almaniya kansleri Olaf Şolzla görüşəcək.
Jalə
Manşet.az