Macarıstan parlamenti fevralın 26-da açılacaq yaz sessiyasının əvvəlində İsveçin NATO-ya daxil olması haqqında sazişi ratifikasiya edəcək.
Manset.az Trend-ə istinadən bildirir ki, bunu Macarıstanın baş naziri Viktor Orban deyib.
"İsveçin baş naziri Ulf Kristersson ilə birlikdə etimadın bərpası üçün mühüm addımlar atdıq. Parlamentin yaz sessiyasının əvvəlində İsveçin NATO-ya üzvlüyünü ratifikasiya etməyə doğru irəliləyirik", - deyə Orban bildirib.