Trampın məhkəmə xərcləri üçün ianə kampanyası

16:57 - 19 Fevral 2024

Trampın məhkəmə xərcləri üçün ianə kampanyası

ABŞ-da sahibkar və sərmayədar Qrant Kardonun həyat yoldaşı Elena Kardone ABŞ-ın keçmiş prezidenti Donald Trampın “fırıldaqçılıq” işinin məhkəmə xərclərini qarşılamaq üçün “GoFundMe.com” adlı platformada ianə kampaniyasına başlayıb.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, 355 milyon dollar toplamaq məqsədi ilə 3 gün əvvəl başladılan kampaniya indiyə qədər təxminən 415 min dollar toplayıb.

Kardone ianə topladığı səhifəsində “Trampın ədalətsiz şəkildə mühakimə edildiyini” ifadə edib:

“Onun (Trampın) son vaxtlar üzləşdiyi hüquqi döyüşlər təkcə ona qarşı deyil, həm də hər amerikalının layiq olduğu ideal ədalət və hüquqi prosesdir”.

Əfsanə Rəcəb

Manşet.az   

 


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az