Fərid Mansurovdan üzvü olduğu AFFA-nın İcraiyyə Komitəsi ilə bağlı AÇIQLAMA

21:00 - 19 Fevral 2024

Fərid Mansurovdan üzvü olduğu AFFA-nın İcraiyyə Komitəsi ilə bağlı AÇIQLAMA

"AFFA-nın İcraiyyə Komitəsinin üzvlüyündən ayrılmaq fikrim yoxdur".

 

Manset.az xəbər verir ki, bunu  İdman.Biz-ə AFFA-nın və Azərbaycan Güləş Federasiyasının İcraiyyə Komitəsinin üzvü Fərid Mansurov deyib.

Martda AFFA-nın Hesabat-Seçki Konfransının keçiriləcəyi və İcraiyyə Komitəsində yeni heyəti heyətin formalaşcağı gözlənilir. Veteran güləşçi bildirib ki, dəyişikliyə baxmayaraq, assosiasiyada işinə davam etmək istəyir: "Onlar iclasda yeni heyətlə bağlı qərar verəcəklər. Seçimlərə hörmətlə yanaşıram. Amma İcraiyyə Komitəsində öz işimi davam etdirmək istəyərəm".

Qeyd edək ki, AFFA-nın İcraiyyə Komitəsinin digər üzvü Mahir Məmmədov qurumdan ayrılacağını açıqlayıb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az