Türkiyədə rəqsləri və şouları ilə bir dövrə damğasını vuran keçmiş model Yaşar Alptekinin Eminönündə məsciddə nitq söylədiyi zaman çəkilmiş görüntüləri ortaya çıxıb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Görüntünü İnstaqram hesabında yayımlayan Yaşar Alptekin hələlik mövzu ilə bağlı açıqlama verməyib.
Qeyd edək ki, 1989-cu ildə çəkilmiş "Lambada" filmi ilə tanınan, daha sonra karyerasını modellik və aktyorluqla davam etdirən Yaşar Alptekin bir müddət əvvəl mənəviyyata üz tutaraq, gözləredən uzaq yaşamağa başlayıb.
Bir müddət əvvəl ailələrin tanışlığı ilə Nadire Tunca ilə evlənən Alptekin məsciddə nitq sözləməyə başlayıb.
Əfsanə Rəcəb
Manşet.az