London və Edinburq şəhərlərində Xocalı faciəsinin 32-ci ildönümünə həsr olunmuş məlumatlandırma aksiyası keçirilib.
Manset.az AZƏRTAC-a istinadən xəbər verir ki, LED ekranı quraşdırılmış avtomobillər hər iki şəhərin əsas küçələri ilə hərəkət ediblər, Britaniya ictimaiyyətinə Xocalı ilə bağlı həqiqətləri çatdırıblar.