Azərbaycanın Milli Qəhrəmanı, telereportyor Çingiz Mustafayevin Xocalıda müsahibə aldığı Ləfxanım 32 il sonra doğma yurd-yuvasına qayıdıb.
Manset.az xəəbr verir ki, həmin vaxtlar uşaq olan Ləfxanım Mahmudova Xocalıya ziyarəti zamanı yaşadığı dəhşətləri yenidən xatırlayıb.
O mərhum telereportyor Çingiz Mustafayevə müsahibəsində Xocalının Daşbulaq kəndindən olduğunu bildirir.
Dəhşətli faciəyə şahidlik edən Ləfxanım Xocalı işğaldan azad olunmazdan verdiyi müsahibələrindən birində "O torpağa ilk qədəm basanda torpaqdan öpərəm. Yəqin evimiz qalmayıb, oradan çıxanda atam arxaya baxdı, dedi evimiz yanıb" - deyə bildirib.