Türkiyəli stilist, modelyer və müğənni Kemal Doğulu Nişantaşında bir məkandan çıxarkən mətbuat mənsublarının suallarını cavablandırıb.
Manşet.az-ın xarici mediaya istinadən məlumatına görə, 44 yaşlı Doğulu qardaşı Kadir Doğulu haqqında “Aramızda sadəcə qan bağı var. Rəsmi qeydlərə görə məcburi qardaşsınız” deyib.
“Mənim ancaq qan bağım var. Siz nə bilirsinizsə, mən də onu bilirəm. Təbii ki, incikliyin səbəbləri var. O bilir, mən də bilirəm, ailəm bilir. Heç kimin bilməsi lazım deyil. Bəli, biz qardaşımızı seçə bilmərik. Bu öhdəlikdir. İnsanlar dostlarını seçə və onlardan özlərinə qardaş edə bilərlər. Qan bağəm olan hər kəsi sevməli deyiləm və sırf qan qohumum olduğu üçün hamı ilə qohum olduğumu düşünmürəm. Bu, təkcə ona deyil, hamısına aiddir. Rəsmi qeydlərə görə, məcburən qardaşsınız. Mən digər bacı-qardaşlarımla həm qardaş, həm də dostam. Anam heç vaxt bu işlərə qarışmır”.
Doğulu miras hadisələri ilə bağlı danışarkən, "Atam öləndə bizə yalnız borcumuz qaldı. Buna sadəcə səsli gülürəm. Biz hər şeydən imtina etdik. Ortada bir miras varsa, o da soyadımızdır. Onu da mən yaratdım” deyə cavab verib.
Əfsanə Rəcəb
Manşet.az
Manşet.az