"İnter"də ciddi itki

21:27 - 26 Fevral 2024

\"İnter\"də ciddi itki

"İnter"in futbolçusu Hakan Çalhanoğlu zədələnib.

 

Manset.az klubun saytına istinadən xəbər verir ki, sağ bud əzələsində zədə olduğu bildirilib. Bu səbəbdən o, dünənA seriyasında keçirilən "Leççe" ilə matçı ehtiyat oyunçular skamyasında keçirib.

Türkiyəli yarımmüdafiəçi daha 2 oyun buraxacaq. Bu isə o deməkdir ki, Hakan A seriyasında fevralın 28-də “Atalanta”, martın 4-də isə “Cenoa” ilə görüşlərdə oynamayacaq.

Qeyd edək ki, H.Çalhanoğlu bu mövsüm 30 matçda 11 qol vurub, 3 qolun ötürməsini verib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az