Baş nazirin paylaşdığı foto ölkəni iki yerə böldü: “Zarafat edirsiniz?”

13:10 - 27 Fevral 2024

Baş nazirin paylaşdığı foto ölkəni iki yerə böldü: “Zarafat edirsiniz?”

Danimarkanın baş naziri Mette Frederiksenin bazar günü ailəsi üçün nahar hazırlayarkən evdə çəkdirdiyi Instagram paylaşımı böyük səs-küyə səbəb olub.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, 2019-cu ildən baş nazir vəzifəsini icra edən 46 yaşlı Frederiksenin çiy toyuq ilə soğanı eyni taxta üzərində doğraması sosial media istifadəçiləri tərəfindən tənqid olunub. 

Bəzi sosial şəbəkə istifadəçiləri “Zarafat edirsən?”, “Tərəvəzlə çiy toyuğu eyni taxtada kəsmək olmaz, ciddisən?” deyib.

Reaksiyalardan sonra cavab vermək məcburiyyətində qalan Frederiksen  İnstaqramın "hekayələr" bölməsində paylaşım edib: 

"Təbii ki, qazandakı soğan və toyuq kifayət qədər qızdırılmalıdır. Yeri gəlmişkən,  həm kəsmə taxtası, həm də bıçaq prosedurlardan sonra yuyulub".

Frederiksen bu mesajın sonuna göz qırpan emoji əlavə edib.

Əfsanə Rəcəb

Manşet.az


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az