Mask 2 min dollarlıq tort borcunu ödədi

15:51 - 27 Fevral 2024

Mask 2 min dollarlıq tort borcunu ödədi

Bu yaxınlarda bir Tesla işçisinin San Xosedəki bir şirniyyat sexindən 4 min mini piroq sifarişindən imtina etməsindən sonra əsəbləşən şirniyyat ustası sosial mediada paylaşım edərək qurban olduğunu izah etmişdi.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, tez bir zamanda trend mövzusuna çevrilən hadisədən sonra Tesla və X (əvvəllər Twitter kimi tanınan) sahibi İlon Mask işə qarışıb.

Mask, şirniyyat sexinə "işləri düzəldəcəyinə" söz verib.

Ləğv edilən sifarişlə bağlı X-də açıqlama verən Mask, "Bunu yeni eşitdim, sex ilə işləri düzəldəcəyəm" deyib.

Daha sonra sexinin sahibi mətbuatla əlaqə saxlayıb, “Tesla bir az əvvəl 2 min dollar ödədi” deyib.

Əfsanə Rəcəb

Manşet.az


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az