Sosial media fenomeni Aleyna Dalveren sosial media hesabında pul paylayarkən rəqs etdiyi və belində gəzdirdiyi silahı lüks maşının üstünə qoyduğu anların videosunu paylaşıb.
Manset.az CNNTürk-ə istinadən xəbər verir ki, Videodan sonra İstanbul Polis İdarəsinin Maliyyə Cinayətləri ilə Mübarizə Şöbəsinin qrupları məsələ ilə bağlı araşdırmalara başlayıb.
Araşdırmalar zamanı Aleyna Dalverənin yaşadığı ünvanda əməliyyat keçirilib. Ünvanda aparılan axtarışlar zamanı saxta olduğu ehtimal edilən 1200 dollar, 250 avro, 50 manat, 50 Ukrayna pulu, 3 min dollar və 50 avro nağd pul, pul sayan aparat, saxta mühafizə maşınına giriş kartı, qandal,
Saxta hesab edilən 2 proqram nömrə nişanı və 2 rəqəmsal material ələ keçirilib.
Nəzarətə alınan Dalveren haqqında aparılan araşdırmada şübhəlinin Dilan Polat və digər hadisələrlə sıx əlaqə saxladığı müəyyən edilib.
Dalverenin polis prosedurları davam edir.
Jalə
Manşet.az