Kamilla tarixində ilk dəfə ailəsini tədbirdə təmsil etdi - FOTO

14:09 - 28 Fevral 2024

Kamilla tarixində ilk dəfə ailəsini tədbirdə təmsil etdi - FOTO

Britaniya kralı III Çarlzın həyat yoldaşı Kamilla dünən Vindsor qəsrində planlaşdırılan tədbirdə kral ailəsindəki tarixində ilk dəfə olaraq ailəsini təmsil edib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, buna səbəb kral Çarlz və Kate Middletonun eyni vaxtda əməliyyat olunması olub. Yanvar ayında mədəsindən əməliyyat olunan və təxminən 2 həftə xəstəxanada qalan Uels şahzadəsi Keyt Middleton aprel ayına qədər dincəlmək qərarına gəlib.

Kral Çarlz və oğlu Uels kralı Uilyam isə tədbirə son anda qatılmamaq qərarına gəliblər.

Belə olan halda Britaniya kral ailəsini ən yüksək səviyyədə təmsil etmək vəzifəsi kral Çarlzın həyat yoldaşı Kamillanın üzərinə düşüb.

Əfsanə Rəcəb

Manşet.az

 


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az