Kral ailəsinin kürəkəni evində ölü tapıldı

15:58 - 28 Fevral 2024

Kral ailəsinin kürəkəni evində ölü tapıldı

Britaniya kralı III Çarlzın əmisi qızı Ledi Qabriella Kinqstonun əri Tomas Kinqstonun evində ölü tapılıb.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, 45 yaşlı Kinqstonun ölümü ilə bağlı heç bir şübhəli hal olmasa da, hadisə ilə bağlı araşdırma başladılıb.

Beləki, bazar günü axşam Kotsvoldsdakı evində ölü tapılan Kinqston üçün qısa müddətdən sonra hadisə yerinə təcili yardım çağırılıb.

Ölümün səbəbini müəyyən etmək üçün araşdırma aparılacaq, lakin heç bir şübhəli hal və başqa tərəfin iştirakına dair heç bir sübut yoxdur.

Qeyd edək ki, Ledi Qabriella qardaşı qızı İzabella Vindsordan sonra Britaniya taxt-tacı üçün 56-cı sıradadır.

Əfsanə Rəcəb

Manşet.az

 

 



Xəbər xətti

27 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin